İnsanlar arasında ki savaş və qan tökmək her yerdə olur olsun acıdır. Ancaq bə`zi savaşlar da, fərqli dilli, fərqli soylu, fərqli dinli ellər biri-birinin qarşısında duranda, adam təccüb eləmir. Belə çağlar adam deyir bunlar ortaq qonu tapabilməyib və bir-biriylə danışıb barışa bilməyirlər. Üçüncü yanlar da bir tərəfi dəstəkləyib va aranı daha artıq bulundururlar; Örnək için Azərbaycan Türkləri ilə Ermənilərin arasında ki gərginlik. Dil və dinləri Azərbaycanlılarla fərq eliyən Ermənilər Qarabağı işğal eləyiblər. Azərbaycanlılar onlarla savaşdan başqa yol tapabilməyiblər və arada isə Ermənilər ilə daha artıq dostluğu olan Ruslar Ermənilərin arxasında durublar və 15 ildən çoxdur bu iki qonşu ölkə savaşsız-barışsız durumda`dırlar.
Türk dünyasında başqa örnəklərin birisi də Doğu Türküstan dır. Çinlilərin zülmü altında olan Uyğurlar da bildir bu günlər hakim və başqa soylu Hanlar ilə çatışdılar.
Türk olmayan xalqlardan isə Filstinlilər-İsrayillilər, Kəşmirlilər-Hindlilər, Çeçenlər-Ruslar, Bosnulular-Serblər, Tamillər-Silanlar, Tibetlər-Hanlar qarşı durmaları örnək gətirmək olar. Yuxarı da dediyim kimi bunların hamısında İnsanlıq və qonşuluqdan sonra başqa ortaqlıq tapmaq çətindir. Bunların çoxu zahir də barışsalar da, zordan istifadə olunub.

Ancaq bu günlər taysız bir olaylar görürük. Qırğızıstan ölkəsində Sünni müsəlman olan Türk dilli Qırğızlar, Sünni müsəlman olan Türk dilli özbək azlığına saldırıb 100 dən artığını öldürüb və 100-lərini isə yaralayıb və 1000-lərini də qaçırdıblar. və lap əcip və şəkli məşkuk xəbər də budur ki barış gətirmək ıçın, Ruslardan yardım istənilib və onlar minnət ilə neçə yüz komando Qırğızıstan`a yollamaq qərarına gəliblər. Ama Qırğızlar la Özbəklər niyə düşüblər bir-birinin canına bəlirsizdir.
Allah xeyr eləsin. Uluslararası və dünyalıq siyasət`də nələr baş verir heç kimsə bilmir! Təkcə bunu bilirik ki Türkləri bir-birinə yaxınlatmaq yolunda çalışan Türkiyə, Ərəblər-İsrayilin savaşının arasına da girəndən sonra, neçə min kilometir oyanda Türk elləri arasında qanlı və çırkın çatışmalar üz verib. Bizim əldən də heç zat gəlmir. Gəlsəydi isə İran da gərgin durumda olan öz anadilimizə bir iş görəbilərdik yoxsa Quzey Azərbaycana yardım edərdik Qarabağı azad eləsin! İndi Təkcə bir İnternet səfhəsində Qırğız qardaşlarımdan istəyirəm bu utandırıcı işlərdən əl çəksinlər. Nədən hər nə olur olsun, qan tökmək və özəlliklə qardaş qanı axdırmaq dan mindar iş yoxdur. Türk ellərin yüksək yerlərə yetişməyindən vaz geçdik! Sadəcə barışın lütfən.
2 comments:
səlam
Titrdə Lütfən,"Lürfən" yazılmışdı
yaşa qardaş
سلام
بو یئنی قالیبی قویان گون گلدیم بیر نظر یازام، بیلمیرم ایشکال کارتیمداندی یا نمنه اصلا نظر زات یازمیر.
ایندی بیر ده گلدیم.
سیزین یئنی قالیبی گؤردویومده چوخ سئویندیم و سیزه هپ یئنیلیک آرزولویورام.
زامان زامان یئنیلهنهسینیز
یاشا قارداش.
Post a Comment