Wednesday, August 31, 2011

Hanı açar sözcüklər?

URL adresini buraya qoymayıram az link yesin! Bu da qalsın kı olduqca görəni olub.

Filmi çəkən Farsca danışır: "inja orumiyye! ağa bia invər!". Cəmaatda bişərəf-bişərəf deyirlər! Filmi yayanda bir dənə Azərbaycan açar sözü işlətməyib!
Sonra gəlin deyin nəyə Azərbaycanın işi başqaların kamına olur!

Qərar olsa kötəyin biz yeyək, ama bir yaşıl-maşıl damda "Ağa bia invər - bia invər" eliyə, və filmi yayanda da bir dənə Azərbaycan adına işarə etməyə, elə yaxşıdır yataq, yel düzü savura dilsiz başımıza!

Ən azı bu filmləri özümüz paylaşanda hətmən Türk, Azərbaycan, və Urmu Gölü kimi adları hətmən yazaq.
Bundan belə tarixi İnternet və Google-un robotları yazacaqlar.

Yaşasın Urmu Gölünü Yaşadanlar

Yazıları Latin əlifbasında görmək için, mətni kopi eləyib gedin Köçürgə`yə:

köçürgə yazılımı