Ancaq batılı aracının özünü Qaliver yerinə qoymaq və dünyanın bu bölümündə yaşayanları Liliputlu insanları kimi barmaq boyunda insanlar yerinə qoymaq çox ağır gəldi. Ola bilər onun əsli qərəzi ırqçılıq dəyilmiş, ancaq hər halda onlaın hələ də özlərini üstün görməkləri açıqdır. O özünü üstün və fərqli olduğu nədəni, gəldiyi yurdların kültürndə Barışı sevmək və Savaşı sevməmək dir. O barışı sevən adamları Qaliver kimi böyük və uca baxışlı, ancaq buralarda kı savaşı xoşlayanları balaca və alçaq baxışlı bilir.Bir millət tikələnib param-parça olsa belə olar! Liliput yoxsa Belfesko adamlarına oxşadarlar sən də bilməsən iftixar edəsən yoxsa hirslənəsən!
Məncə belə sözü danışan heç zaman insaf ilə qəzavət eləyəbilməz və qurduğu barış da keçici və muvəqqət olabilər. Biri yoxdur onlara deyə siz də illər boyu boğuşubsunuz və savaşlarınızda milyonlar adam həlak olub və sizin ölkələr də savaş qurtarıb barış durumunda olsanız da Ortadoğu və Qafqaz da ki çağdaş çatışmalar sizin dünyalıq savaşların sonucu dur. Qaliverlərin ayağı altında basılan yerlər hələ də abad olmayıb və bu tezlikdə isə düzələməyəcək. Ola bilər Qaliverin gözləri Qarabağın nədən işğal olunmasında, balaca və incə şeyləri görməsin. Onun gözü bu incəlikləri görməsədə geçmişdə Azərbaycanda saldığı toz-torpaqları görəbilər! Çünkü bu toz torpaqlar öz boyunda və əlbəttə bu toz - torpaqların altında bizim də canımıza düşənlərin görülməməyi də doğaldır.
باريش سئون قاليوئر
In Mutatione Fortitudo آدلي بيلاغينين، " تام دئ وال، چاغداش قاليوئره گؤره" يازيسيني بو نوت ايله جي.ريدئر ده پايلاشديم:
بير ميلت تيکلهنيب پارام-پارچا اولسا بئله اولار! ليليپوت يوخسا بئلفئسکو آداملارينا اوخشادارلار سنده بيلمهسهن ايفتيخار ائدهسن يوخساحيرصلنهسن!آنجاق باتي دان گلميش آراجينين اؤزونو قاليوئر يئرينه قويماق و دونيانين بو بؤلومونده ياشايانلاري ليليپوتلو اينسانلاري کيمي بارماق بويوندا اينسانلار يئرينه قويماق چوخ آغير گلدي. اولا بيلر اونون اصلي غرضي ايرقچيليق دييلميش، آنجاق هر حالدا اونلارين هلهده اؤزلريني اوستون گؤرمکلري آچيقدير. او اؤزونو اوستون و فرقلي اولدوغو نهدنهنيني، گلديگي يوردلارين کولتورنده باريشي سئومک و ساواشي سئومهمکدير. او باريشي سئون آداملاري قاليوئر کيمي بؤيوک و اوجا باخيشلي، آنجاق بورالاردا کي ساواشي خوشلايانلاري بالاجا و آلچاق باخيشلي بيلير.
منجه بئله سؤزو دانيشان هئچ زامان اينصاف ايله قضاوت ائليهبيلمز و قوردوغو باريش دا كئچيجي و مووققت اولابيلر. بيري يوخدور اونلارا دئيه، سيز ده ايللر بويو بوغوشوبسونوز و ساواشلارينيزدا ميليونلار آدام هلاک اولوب و سيزين اؤلکهلر ده ساواش قورتاريب باريش دوروموندا اولسانيز دا، اورتادوغو و قافقاز دا کي چاغداش چاتيشمالار سيزين دونياليق ساواشلارين سونوجو دور. قاليوئرلرين آياغي آلتيندا باسيلان يئرلر هله ده آباد اولماييب و بو تئزليکده ايسه دوزهلمهيهجک. اولا بيلر قاليوئرين گؤزلري قاراباغين ندن ايشغال اولونماسيندا بالاجا و اينجه گئرچكلري گؤرمهسين. اونون گؤزو بو اينجهليکلري گؤرمهسهده گئچميشده آذربايجاندا سالديغي توز-تورپاقلاري گؤرهبيلر! چونکو بو توز تورپاقلار اؤز بؤيوندا و البتته بو توز - تورپاقلارين آلتيندا بيزيم ده جانيميزا دوشنلرين گؤرونمهمهيي ده دوغالدير.
No comments:
Post a Comment