Friday, March 26, 2010

Urmu Gölü Susuzdur

Ərəb dilindən alınmış Təəhhüd(تعهد) sözcüyünün Türkcəsini bilmirəm. Hər kimsə də onun nə olduğunu bir cürə düşünür. Ancaq bu iki gözəl və olduqca üzücü poster də, gerçək anlamda olan bir təəhhüd görürəm. Bütün Azərbaycanlı və Türk uzmanclar da belə bir təəhüddün olması qoymaz biz kimi adamlar, Urmu Gölünün qurumaq xətərini bir an unutsun:


İki il bundan öncə Marağa ya getmişdim. Orada 17 il bundan öncə görmədiyim bir gözəl yaşıllıq görürdüm. O hədsiz yaşılliq Ələviyan səddindən qaynaqlanırdı. Belə səddlər Urmu gölünün ətrafında çoxdurlar və ola bilər ki belə sədlər aşırı su içməsələr Urmu gölüdə bir az çox su alıb və qurumaz. Umud ki Urmu gölü ilini qorumaq ilində, Urmu Gölü qırağında yaşayan Azərbaycanlılar , su tükətimlərində azca Təəhhüdləri olsun. 

No comments:

Yazıları Latin əlifbasında görmək için, mətni kopi eləyib gedin Köçürgə`yə:

köçürgə yazılımı