Thursday, February 14, 2008

Sevgililər Günü

İlkdə, bütün sevgililərə Valentayn Gününü qutlu olsun deyirəm. Ancaq Valentayn günündə hansı sevgi və eşqdən söz gedir, bəllidir, və mən kimi adamlar oturubelə oyan-bu-yana baxırlar!

Əlbəttə məndə beş-altı il bundan öncə, bir-iki dönə vurulmuşam, ancaq gənclər demişkən qızbazlıx başarmamışam və ...! Bir allah bəndəsi mənə demişdir: “Eşq olmazsa, aləm bütün əfsanədir! Sənin də ilk və tək sevdiyin şey torpaqdır!”. Hə, Onun mənzuru Azərbaycanın torpağı və yurdsevərlik idi; ancaq mənim orada bir qarış yer yoxumdur; Azərbaycan ulusunu desəydi daha uyqun olardı! Vəli o çağ bu beynimə yetişmədi deyek ki sevmək ilə sevişmək, və ya sevda ilə sevmək aralarında yerdən göyə qədər fərq var! Amma Yox! Gərək deyərdim bütün adamlar varlıqlarını sevməlidirlər, və bu sevgili olmaqdan başqa dır.

Öz aramızda qalsın ha, nələr istədim deyəm, heç özümdə bilmədim!

No comments:

Yazıları Latin əlifbasında görmək için, mətni kopi eləyib gedin Köçürgə`yə:

köçürgə yazılımı