Güney Azərbaycanın hər bir bucağında, biliyurd masalarından tutun istadion oturacaqlarınacaq, Dünyalıq Anadilini Günü qutlayanılan anlarda, internetdə bir şaşırdıcı video gördüm. Məni, və ola bilər, başqa Azərbaycanlı Türkləri şaşırdan işlər təkcə Arif Ğəfurunun doğallıqdan üstün etdiklər və şö`bədələri dəyildir. Bizim yetənəkli Urmulu dildaşımız Türkiyə Türkcəsini çox yaxşı qonuşduqca, Anası ilə Telefon bağlantısında Anadili, yani Azərbaycan Türkcəsində danışmayıb, və başqa Azərbaycanlıların Farsca danışanda bəlli olan bir ərkək ləhcə ilə, Farsca qonuşdu!! Facebookda buna görə çoxlu analizlər və yorumlar yazılır. Ancaq məncə, Arifin nəyə öz anadilində danışmayıb için belə ehtimallar vardır:
- O öz kimliyini itirməsədə, İran sözü ortaya gələndə əl-ayaq itib, və kameralar qarşısında Farsca danışmaq zorunda qalmaq acı bir gərçək sayılır.
- Show TVnin "Yetenek Sizsiniz" verlişindəki aparıcılar da ARİF yox, bəlki AREFdən, onun Anadilində qonuşmamasının nədənini soruşmadılar. Ola bilər onlar da bilirlər Anadili unudub başqa dildə danışmaq hətta Türk bir ölkədə isə üstün bir yetənək sayılır! Əlbəttə belə açıqlamaq da olar: Arif öz anadilini Fars dilli tanıtdırmaq ilə, istəyib özünü daha yetənəkli bilindirib, yoxsa bir Azərbaycan Türkünün Türkiyə Türkcəsində danışmaq elə də çətin iş dəyil.
- Yuxarıdakı sözlər yanlış yoxsa şuxluq olsalar, Arifin işinin nədəni nə olabilər? Azərbaycan Türkcəsində danışmaq Türkiyə də, Əfqanistan Farscasının İran Farslarına gülünc olduğu kimi, utandırıcı olursa, biz gərək öz fatihəmizi oxuyaq! Əlbəttə biz bir sıra gərçəklərə göz yummamalıyıq; yoxsa bu arada çox şeyləri əldən verəcəyik. Biz də öz dilimizi, Türkiyənin etdiyi kimi, yeni nəsilləriçin bir az incələyib incəltməliyik.
1 comment:
"Biz öz dilimizi Türkiyənin etdiyi kimi, yeni nəsilləri için bir az incələtməliyik."
Post a Comment