Tuesday, March 25, 2008

Savalan la Yaz

Bilmirəm bundan öncə demişəm yoxsa yox, ancaq öz aramızda qalsın, adam(özümü deyirəm, sizi bilmirəm!) sadəcə uzaqdan oturub doğma yurduna görə ardıcıllıqla yazabilir. Indi isə yenigün(novruz) bayramı tətilliyinə görə Xalxala gəlmişəm heç söz yazabilməmişəm ki heç, bu bayramı qutlu olsun da deyəbilməmişəm! Ola bilər nədəni bu günlərdə adamın başı qonaqlarla görə qarışmağı və ondan da önəmli bu olsun ki neçə ay adam öz AnaYurdundan uzaq olandan sonra, ginə də gələ və bilgisayar dalısında otura və gözlərin qan çanağına çevirə, Gohum-Qonşular nə deyərlər(ki indi isə deyirlər!) allah bilir.


Sözün açığı(bu də Oxtay müəllimin dilindən götürmüşəm!), indi isə, qonu olmayan hal da yazıram və bunun nədəni iki görüntü olubdur ki ikisini də əmioğlularım salmışlar. Birisi 2-3 ay bundan öncənin, və Savalan dağından çəkilmişdir. Kəsinliklə deyəbilirəm, Savalanın böyüklük, vuqar və əzəməti, güney tərəfdən daha artıq bəllidir və bunu, Xalxal və özəlliklə Kividən, uzaqlığa baxmayaraq, görmək olur. Həmidə bu yandan, Sultan Savalanın yanında durmuş sıra dağlarda görsənirlər.

Uşaqlıqda hər gün oxula gedəndə, Savalanı bu zaviyədən görərdim və belə bir görüntünü canlı və doğal(təbiyi) halda görmək, bu bölgələrdə yaşayanların ruhunda dərin etgilər və təsirlər buraxır; Əlbəttə bu amator görüntü, doğru və gerçək hal da kı baxış duyğularının, yüz dən birini deyəbilməz.

İkinci görüntü də dünənin dir, və onda, yazın yetişməyini çox soyuq və küləkli bir qışdan sonra, görmək olur. İnşalla ki bu açılan gözəl çiçəklər, qutlu, sağlamlı və başarılı bir ilin gəlməyini göstəricisidir:


1 comment:

سوسن جعفری said...

ینی ایلیز موبارک اولسون.

Yazıları Latin əlifbasında görmək için, mətni kopi eləyib gedin Köçürgə`yə:

köçürgə yazılımı